Rohani: "İran heç vaxt nüvə silahı istehsal etməyəcək"

Rohani

İranın yeni prezidenti Həsən Rohani ölkəsinin heç bir vaxt nüvə silahı əldə etməyəcəyini deyib.

Amerikanın NBC kanalına müsahibəsində o Qərblə nüvə proqramını müzakirə etmək üçün tələb edilən bütün səlahiyyətlərə malik olduğunu deyib.

Həsən Rohani ABŞ prezidenti Barak Obamadan aldığı məktubun “pozitiv və konstruktiv” olduğunu vurğulayıb.

Bu bəyanatdan öncə İranda 11 siyasi məhbus azad olunub.

Siyasi məhbusların azad olunması Rohaninin seçkiqabağı vədlərindən birini təşkil edib.

BBC-nin İran üzrə müxbiri James Reynolds bildirir ki, Rohaninin ABŞ televiziyasına müsahibə vermək qərarı onun hökuməti üçün Amerika ilə danışıqların əhəmiyyətini nümayiş etdirir.

Siyasi məhbuslar Həsən Rohaninin BMT Baş Assambleyasında gözlənilən çıxışından cəmi bir neçə gün əvvəl azad olunub.

Bu barədə daha geniş